Kəpəz daha bir futbolçu transfer etdi
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportify.az xəbər verir ki, Gəncə təmsilçisi belçikalı yarımmüdafiəçi Desmond Akuanın keçidini rəsmiləşdirib. 24 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Akuanın son klubu Belçikanın “Dender” komandası olub. O, ötən mövsüm bütün turnirlərdə 15 matçda meydana çıxıb və 2 qola imza atıb.



No Comment! Be the first one.