Tsitaişvili İspaniya klubunda
İspaniyanın “Rayo Valyekano” klubu Gürcüstan millisinin futbolçusu Georgi Tsitaişvili ilə müqavilə bağlayıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə 2028/2029 mövsümünün sonlarınadək anlaşma əldə olunub.
Tsitaişvili yeni ünvana Ukraynanın “Dinamo Kiyev” komandasından azad agent kimi yollanıb. O, ötən mövsümü icarə əsasında Fransa “Mets”ində keçirib, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.



No Comment! Be the first one.