“Qarabağ” - “Tvente”: hər iki oyunun hakimləri bəllidir
Niderlandda “Tvente” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, qarşılaşmanı albaniyalı baş hakim Yucin Caya idarə edəcək.
Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək göstərəcəklər. Emanuela Rusta dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR hakimi italiyalı Canluka Aureliano, AVAR hakimi isə albaniyalı Albert Doda olacaq.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab oyunu avqustun 27-də keçiriləcək.
—-
Bakıda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının hakimləri açıqlanıb.
Sportify.az xəbər verir ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Rohit Saqqi olacaq. Ona həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcəklər. Marius Hansen Grotta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR hakimi Kristoffer Hagenes, AVAR hakimi isə avstriyalı Alan Kijas olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” qarşılaşması saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun avqustun 20-də Niderlandda keçiriləcək.



No Comment! Be the first one.