“Sabah” “Kəpəz”i məğlub etdi
Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “Sabah” “Bank Respublika Arena”da “Kəpəz”i qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Qolları Coy Lens Mikels penalti ilə 72-ci, yeni transfer Ksander Severina 90+1-ci dəqiqədə vurub.
Beləliklə, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldikdən 4 gün sonra Premyer Liqaya da qələbə ilə başlayıb.



No Comment! Be the first one.