Yokiç daha bir rekorda imza atdı
Nikola Yokiç NBA tarixində daha bir unikal göstəriciyə sahib olub.
Sportify.az xəbər verir ki, “Denver Naqqets”in serbiyalı ulduzu 2020-ci illərdə NBA-nin dörd əsas statistik göstəricisində lider olaraq tarixə düşüb.
Yokiç bu onillik ərzində pley-off oyunları da daxil olmaqla 14 640 xal, 6 680 ribaund, 4 880 məhsuldar ötürmə və 775 topalma ilə bütün rəqiblərini qabaqlayıb.
Beləliklə, 31 yaşlı basketbolçu NBA tarixində bir onillik ərzində eyni vaxtda dörd əsas statistik göstəriciyə görə lider olan ilk oyunçu olub.
Yokiç 2025/26-cı illər mövsümündə də daha bir tarixi nəticəyə imza atıb. Serbiyalı basketbolçu NBA tarixində müntəzəm mövsümü həm ribaund, həm də məhsuldar ötürmələr üzrə lider kimi başa vuran ilk oyunçu olub.
O, ötən mövsüm hər oyunda orta hesabla 12,9 ribaund və 10,9 məhsuldar ötürmə ilə çıxış edib.



No Comment! Be the first one.