“Liverpul” Minteni heyətinə qatmaq istəyir
İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportify.az xəbər verir ki, Mersisayd təmsilçisi “Brayton”un 22 yaşlı vinqeri Yankuba Minte üçün 50 milyon funt sterlinq məbləğində təklif göndərib.
Lakin “Brayton” bu təklifi qəbul etməyib.
Hazırda zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Minteh buna baxmayaraq “Liverpul”un transfer planlarında yer almaqda davam edir.
Qeyd edək ki, qambiyalı futbolçu 2025/2026 mövsümündə “Brayton”un heyətində 36 oyuna çıxıb. Minte bu görüşlərdə 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.



No Comment! Be the first one.