Azərbaycan boksçularından Avropa çempionatında 2 medal
Azərbaycan millisi Avropa çempionatını 2 medalla başa vurub
Sportify.az xəbər verir ki, boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb. Yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb.
60 kq-da çıxış edən boksçumuz yarışı gümüş medalla başa vurub.
Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.


No Comment! Be the first one.