“Neftçi” cərimələndi
“Neftçi”nin UEFA Konfrans Liqasında Belarusun “Dinamo-Minsk” komandası ilə keçirdiyi II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı UEFA-nın intizam qərarı açıqlanıb.
Sportify.az xəbər verir ki, iyulun 22-də “Neftçi”nin “Palms Sports Arena”da 2:4 hesabı ilə məğlub olduğu qarşılaşmada meydançaya əşyaların atılması insidenti qeydə alınıb.
UEFA İntizam Reqlamentinin 16-cı maddəsinin 2(b) bəndinə əsasən, Azərbaycan təmsilçisi bu pozuntuya görə 2 750 avro məbləğində cərimələnib.
Qeyd edək ki, “Neftçi” həmin görüşdə “Dinamo Minsk”ə 2:4 hesabı ilə uduzub.



No Comment! Be the first one.