Avropa çempionatı: Millimiz Rumıniyaya qarşı
Azərbaycanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında bu gün daha 2 oyun keçiriləcək.
Sportify.az xəbər verir ki, C qrupunda günün ilk oyunu Niderland və Portuqaliya arasında olacaq.
Digər matçda isə ilk 2 turdan qalib ayrılan Azərbaycan millisi ilə Rumıniya üz-üzə gələcək.
Hazırda Azərbaycan millisi vahid lideridir. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 2 oyundan 6 xal yığıb. Belçika 5 xalla (2 oyun, 2 qələbə) ikinci, Niderland 2 xalla (1 oyun, 1 qələbə) üçüncü, Rumıniya 1 xalla (1 oyun, 1 məğlubiyyət) dördüncü, İspaniya 1 xalla (2 oyun, 2 məğlubiyyət) beşinci pillədə qərarlaşıb. Xalı olmayan Portuqaliya isə altıncı yerdədir.
Avropa çempionatı
C qrupu
24 avqust
15:30. Niderland – Portuqaliya
18:30. Azərbaycan – Rumıniya
Bakı, Milli Gimnastika Arenası.



No Comment! Be the first one.