Yuri Vernidub “Sabah” və “Qarabağ”a azarkeşlik edəcək
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub avrokubokların pley-off mərhələsinin cavab görüşlərində əsas rəqibləri “Sabah” və “Qarabağ”a azakeşlik edəcək.
Sportify.az-ın məlumatına görə, bu barədə ukraynalı mütəxəssisin özü açıqama verib.
“Əlbəttə, onlara əsas mərhələyə vəsiqə qazana bilmələri naminə dəstək olacaq, azarkeşlik edəcəyəm. Çünki qazanılan ballar imkan verəcək ki, digər komandalar da Azərbaycanı təmsil edə bilsinlər”, – deyən Vernidub yorğun “Sabah” və ya “Qarabağ”la oynamaq arzusunda olmadığını dilə gətirib: “Heç bir halda arzu etməzdim ki, onlar bizimlə oyunlara avrokubok matçlarından sonra yorğun çıxsınlar. Belə bir arzum yoxdur. İstərdim ki, bərabər və təmiz oyunda digər komandaları, haqlı olaraq uda bilək. Kim güclüdürsə, o da qalib gəlsin”.
Xatırladaq ki, “Sabah” avqustun 25-də Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə İsrailin “Hapoel Beer Şeva”, “Qarabağ” isə avqustun 27-də Konfrans Liqasının eyni raundunda Niderlandın “Tvente” komandasını qəbul edəcək. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



No Comment! Be the first one.