Beynəlxalq Şahmat Federasiyasının (FIDE) əməliyyat meneceri və basketbol agenti Sergey İndeykin 36 yaşında ölüb.
Sportify.az xəbər verir ki, onun malyariya ağcaqanadının dişləməsindən sonra infeksiyaya yoluxduğu ehtimal edilir.
İndeykin bir müddət əvvəl Nigeriyanın paytaxtı Abucada işgüzar səfərdə olub. Şahmat proqramının təşkili ilə bağlı səfərdən sonra Özbəkistana gedən İndeykinin səhhəti qəfil pisləşib. O, təcili xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.
Mərhumun həmkarları və anası onun ölümündən əvvəl malyariyaya xas simptomlar göstərdiyini bildirib.
Qeyd edək ki, Sergey İndeykin Kazanın UNİKS basketbol klubunda çalışıb, idman marketinqi ilə məşğul olub. O, 2021-ci ildən FIDE-nin dünyanın müxtəlif ölkələrində keçirdiyi böyük şahmat turnirlərinin koordinasiyasında iştirak edib. İndeykin son beş il ərzində dünya şahmat tacı uğrunda matçların, Dünya kuboklarının, rapid və blits üzrə dünya çempionatlarının, iddiaçılar turnirlərinin və bir çox digər nüfuzlu yarışların təşkilati işlərində iştirak edib.



No Comment! Be the first one.