"Qarabağ" Zubirin əvəzinə İsmahili transfer edir
“Qarabağ” Polşanın “Qurnik Zabje” klubunda çıxış edən futbolçu Taofik İsmayili heyətinə qatmaqda maraqlıdır.
Sportify.az xəbər verir ki, bu barədə Polşa mətbuatında məlumat yayılıb.
Azərbaycan çempionunun 26 yaşlı nigeriyalı vinger üçün 700 min avro ödəməyə hazır olduğu bildirilir.
Taofik İsmayil 2026/2027 mövsümündə “Qurnik Zabje”nin heyətində 6 oyunda meydana çıxıb. Nigeriyalı sol cinah oyunçusu bu qarşılaşmalarda ümumilikdə 293 dəqiqə meydanda olub, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Onun “Qarabağ”ı tərk edən Abdullah Zubiri əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Taofik İsmayil karyerası ərzində Norveç və Polşada müxtəlif klubların formasını geyinib.


No Comment! Be the first one.