Çempionlar Liqasında "Sabah" bu topla oynayacaq
UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə istifadə ediləcək yeni rəsmi oyun topu təqdim olunub.
Sportify.az xəbər verir ki, turnirin mətbuat xidməti yeni topun görüntülərini sosial şəbəkədə paylaşıb.
Yeni top həm Çempionlar Liqasının Liqa mərhələsinin, həm də pley-off oyunlarının qarşılaşmalarında istifadə olunacaq.
Azərbaycanı əsas mərhədə “Sabah” təmsil edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin püşkatması sabah – avqustun 27-də keçiriləcək. Püşkatma bütün təsnifat oyunları başa çatdıqdan sonra baş tutacaq.
Ötən mövsümün qalibi Fransanın PSJ klubu olub. Paris təmsilçisi finalda İngiltərənin “Arsenal”ını penaltilər seriyasında məğlub edib – 1:1, 4:3.
2026/27 mövsümünün finalı isə 2027-ci il iyunun 5-də İspaniyanın Madrid şəhərindəki “Metropolitano” stadionunda keçiriləcək.



No Comment! Be the first one.