Yığmamız Kiçik Avropa çempionatına yollandı
13 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan yığması Fransaya yollanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, komanda üzvləri avqustun 28-də Şiltinheym şəhərində start götürəcək “Euro Mini Champs” turnirində çıxış edəcəklər.
Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə mübarizə aparacaq.
Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan yarışa avqustun 31-də yekun vurulacaq.
Qeyd edək ki, tanınmış stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışın bürünc medalını qazanmışdı.



No Comment! Be the first one.