"Neftçi"dən daha bir transfer - RƏSMİ
“Neftçi” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi Viçko Şevel ilə 3 illik müqavilə bağlanılıb.
25 yaşlı oyunçu 88 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Şevel Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
O, sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda 3 məhsuldar ötürmə müəllifi olub. Şevel 2026/2027 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.



No Comment! Be the first one.