Zaur İsmayılov: Yenə müdafiədə kobud səhv etdik
“Rəqibi UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı və Liqa mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edir, uğurlar arzulayıram”.
Sportify.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov evdə “Sabah”a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının III tur matçından sonra deyib.
Onun sözlərinə görə, yenə arxa xətdə kobud səhvə yol veriblər: “Neftçi” ilə oyunda müdafiə planında kobud səhvlərə yol verdik, rəqibin fərqlənməsi üçün imkanlar yaratdıq. Bugünkü oyunda da müdafiədə kobud səhvə yol verdik, həmin səhv də rəqibin hesabda önə keçməsinə səbəb oldu. Halbuki müdafiə planında düzgün oynayır, yaxşı müdafiə olunurduq. Növbəti oyunlara hazırlaşacağıq”.
Məğlubiyyətlərə rəğmən, İsmayılov komandanın potensialının böyük olduğunu bildirib: “Oyun planında inkişaf etməliyik. İnanıram ki, komanda olaraq qarşıya qoyulan məqsədə çatacağıq”.



No Comment! Be the first one.