“Çelsi” bir futbolçusunu satdı, digəri isə yol üstədir
İngiltərənin “Çelsi” klubu hücumçusu Mark Giu ilə yollarını ayırıb.
Sportify.az xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu Almaniya “Leyptsiq”inə transfer olunub.
Giu 2024-cü ilin yayında “Barselona”dan “Çelsi”yə keçmişdi. O, London klubunun heyətində 29 oyuna çıxıb və 8 qol vurub. Gənc forvard ötən mövsümü icarə əsasında “Sanderlend”də keçirib.
“Çelsi”də digər ayrılıq isə Enzo Fernandeslə bağlıdır. Məlumata görə, argentinalı yarımmüdafiəçi yaxın saatlarda Mançesterə yollanaraq “Mançester Siti”yə keçidini rəsmiləşdirəcək.
“Çelsi”nin Fernandes üçün 120 milyon funt-sterlinq (təxminən 140 milyon avro) tələb etdiyi bildirilir. 23 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2032-ci ilin yayına qədərdir. “Transfermarkt” onun bazar dəyərini 100 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.