"Kəpəz" bilet qiymətlərində endirim etdi
“Kəpəz” klubu Gəncə Stadionunda “Şamaxı”ya qarşı keçirəcəyi Misli Premyer Liqasının IV tur matçının bilet qiymətlərində endirim edib.
Sportify.az xəbər verir ki, bu addım azarkeşlərin böyük istəyi və marağı nəzərə alınaraq, atılıb.
İndi ən ucuz bilet – qapılar arxasındakı sektorlar üçün 2 manatadır. Digər sektorlara isə biletlər 3 manat, 5 manat, 10 manat və 20 manata satılacaq.
Biletləri bu gündən stadionun kassalarından almaq olar.
“Kəpəz” “Turan Tovuz”la oyundakı 13 500 nəfərlik azarkeş sayı rekordunu yeniləmək üçün belə bir qərar qəbul edib.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək “Kəpəz” – “Şamaxı” matçı saat 20:15-də başlayacaq.




No Comment! Be the first one.