Milli komandalarımız Avropa çempionatlarına yollandı
Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları sentyabrda keçiriləcək müxtəlif yaş qrupları üzrə Avropa çempionatlarında iştirak edəcəklər.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, ilk olaraq U-20 yığması 3 – 6 sentyabrda İtaliyanın Battipalya şəhərində təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq.
Yarışda oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə / Leyla Əliyeva cütləri çıxış edəcək.
Daha sonra U-22 10 – 13 sentyabrda İspaniyanın Madrid şəhərində baş tutacaq Avropa çempionatında iştirak edəcəklər. Bu yaş qrupunda Azərbaycanı oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə / Leyla Əliyeva cütləri oynayacaq.
U-18 isə 17 – 20 sentyabrda Türkiyənin İzmir şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Bu yarışda oğlanlar arasında Emil Safronov / Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva / Leyla Əliyeva cütü Azərbaycanı təmsil edəcək.



No Comment! Be the first one.