“Kəpəz” daha bir futbolçu transfer etdi
“Kəpəz” heyətini daha bir legionerlə gücləndirib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, albaniyalı David Domconi ilə 1 illik rəsmi müqavilə imzalanıb.
29 yaşlı mərkəz müdafiəçisi yeni komandasında 66 nömrəli forma altında çıxış edəcək.
Son klubu “Hapoel” (Yerusəlim, İsrail) olan David bunadək Albaniyanın “Tirana”, “Kastrioti”, “Laçi”, “Partizani”, Kosovanın “Liriya”, Türkiyənin “Manisa”, “Menemenspor”, İsveçrənin “Lütsern”, Polşanın “Bruk-Bet Termaliça” və Qazaxıstanın “Tobol” komandalarında forma geyinib.
O, Albaniyanın aşağı yaş qruplarından ibarət yığmalarında, həmçinin Kosova milli komandasında da oynayıb.



No Comment! Be the first one.