UEFA Azərbaycan - Litva matçının yerini dəyişdirdi - RƏSMİ
UEFA Millətlər Liqasında Azərbaycan və Litva yığmaları arasında keçiriləcək D Liqası matçının yeri dəyişdirilib.
Sportify.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2-ci qrupun IV tur qarşılaşması oktyabrın 4-də 8-ci km stadionunda (“Palms Sports Arena”da təşkil olunacaq.
Oyunun başlama saatı isə 17:00 olaraq saxlanılıb.
Qeyd edək ki, AFFA daha əvvəl Azərbaycan – Litva matçının Gəncə Stadionunda keçiriləcəyini açıqlamışdı. Oktyabrın 1-də Lixtenşteynlə görüş isə Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


No Comment! Be the first one.