“Barselona” onları göndərdi
İspaniyanın “Barselona” klubu futbolçuları Alvaro Kortes və Toni Fernandeslə yollarını ayırıb.
Sportify.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı Alvaro Kortes Belçikanın “Antverpen”, 18 yaşlı Toni Fernandes isə İtaliyanın “Venesia” klubuna keçib.
Alvaro Kortesin transferi ilə bağlı razılaşmaya əsasən, “Barselona” futbolçunun gələcək satışından faiz payı əldə edəcək.
Fernandesin keçidi üzrə anlaşmada isə Kataloniya klubu futbolçunu geri almaq hüququnu və onun növbəti satışından faiz payını özündə saxlayıb.
Kortes 2025/2026 mövsümündə “Barselona”nın əsas komandasında bir oyun keçirib. O, “Barselona B”nin heyətində 27 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fernandes isə ötən mövsüm La Liqada bir görüşdə meydana çıxıb. Gənc hücumçu “Barselona B”nin heyətində 24 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


No Comment! Be the first one.