Rusiya hava hücumu etdi, iki legioner qorxudan qaçdı
Ukraynanın “Zarya” klubunun iki bosniyalı futbolçusu Rusiya ordusunun növbəti hava hücumundan sonra komandanın düşərgəsindən ayrılıb.
Sportify.az-ın “TaToTake”yə istinadən məlumatına görə, müdafiəçi Andrey Yaniç və yarımmüdafiəçi Deyan Popara “Veres”lə oyunun keçiriləcəyi Rivne şəhərinə komanda ilə birlikdə getməyib.
Futbolçuların bu qərarı Rusiya tərəfindən həyata keçirilən növbəti hava hücumuna reaksiyadır. Hücum nəticəsində onların yaşadığı yaşayış kompleksinə də ziyan dəyib.
Jurnalist İqor Burbas isə klubun məsələ ilə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Popara və Yaniç yaşadıqları hadisədən sonra özlərinə gəlmək üçün bir neçə gün vaxt istəyiblər və klub rəhbərliyinin icazəsi ilə Kiyevdən ayrılıblar.
“Zarya” futbolçulara öz hesablarına məzuniyyət verərək onların istəyinə anlayışla yanaşıb. Klub eyni zamanda legionerlərin yaxın vaxtlarda geri qayıtmasını gözləyir.
Bundan başqa, “Zarya” Popara və Yaniç üçün daha təhlükəsiz yaşayış yeri təmin etməyi vəd edib. Məlumata görə, futbolçular bu təklifi qəbul ediblər.
Komandanın daha bir Balkan legioneri Domaqoy Yelaviçin “Veres”lə matçda iştirakı isə sual altındadır. Onun hazırda harada olduğu hələlik təsdiqlənməyib.
Yaniç və Poparanın gələcək statusu ilə bağlı yekun qərar isə hələ açıqlanmayıb.



No Comment! Be the first one.