Tramp ABŞ-nin DÇ-2026-dan qazancını açıqladı - VİDEO
ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının ölkə iqtisadiyyatına ciddi təsir göstərdiyini bildirib.
Sportify.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında turnirin ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox iqtisadi aktivlik gətirdiyini və 160 mindən artıq iş yeri yaratdığını yazıb.
O, yay fəslinin ABŞ turizmi üçün möhtəşəm alındığını açıqlayıb: “Amerikalılar təxminən 300 milyard mil yol qət etdilər, milli parkları isə 78 milyon insan ziyarət etdi. Daha milyonlarla insan təyyarə ilə səyahət etdi.
Təkcə dünya çempionatı ölkəmizə 18 milyard dollardan çox iqtisadi aktivlik gətirdi və 160 mindən artıq iş yeri yaratdı. Səyahət və turizm iş yerləri, investisiyalar və Amerika şirkətləri ilə yerli icmalar üçün milyardlarla dollar deməkdir”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilib. Mundialın qalibi İspaniya millisi olub.
🚨 BOOM: President Trump reveals America just recorded an $18B surge thanks to the World Cup and the National Parts had a whopping 78 MILLION visitors
“Travel and Tourism mean JOBS, INVESTMENT, and BILLIONS OF DOLLARS flowing into American Businesses and Communities.”
“We are… pic.twitter.com/BOOn72OHiw
— Eric Daugherty (@EricLDaugh) September 4, 2026



No Comment! Be the first one.