“Yuventus” “Milan”la bacarmadı
İtaliya A Seriyasının 2026/2027 mövsümünün III turunda “Yuventus” və “Milan” komandaları qarşılaşıb.
Sportify.az-ın məlumatına görə, Turindəki “Allyans” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 68-ci dəqiqədə “Milan”ın yarımmüdafiəçisi Alfaco Sisse açıb. “Yuventus” isə 90+2-ci dəqiqədə Federiko Qattinin qolu ilə hesabı bərabərləşdirib.
Beləliklə, hər iki komandanın aktivində 7 xal var. “Milan” turnir cədvəlində 3-cü, “Yuventus” isə 4-cü pillədə qərarlaşıb.



No Comment! Be the first one.