"Qarabağ" Koxalskinin satışından bu qədər qazanacaq - MƏBLƏĞ
“Qarabağ” klubunun qapıçı Mateuş Koxalskinin Polşa təmsilçisi “Veçista Krakov”a satışından qazanacağı məbləğ müəyyənləşib.
Sportify.az Sport.pl nəşrinə istinadən xəbər verir ki, qarşı tərəf 500 min avro (988 250 manat) ödəyəcək.
Koxalski Krakov komandasının 12-ci yay transferi olacaq. Hazırda bu klub 5 oyundan 3 xalla Ekstraklasada 17-ci yerdə qərarlaşıb. Sonuncu – 18-ci yeri isə “Qarabağ”ın daha bir sabiq futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” tutur.
Qeyd edək ki, Mateuş Koxalski 2025-ci ilin oktyabrından Almaniya “Borussiya Dortmund”u da daxil olmaqla bir sıra klubların maraq dairəsində olub. Daha sonra onun adı Polşanın “Vidzev” klubu ilə də hallanıb. Lakin bu keçidlərin heç biri reallaşmayıb.
Koxaļski son ana qədər Avropanın beş aparıcı çempionatından birində çıxış edən klubdan təklif gözləyib. Bu təkliflər baş tutmadıqdan sonra qapıçı Ekstraklasaya qayıtmaq qərarına gəlib.
Transferdə əsas məqam isə “Qarabağ”ın futbolçunu buraxacağına dair verdiyi söz olub. Bildirilir ki, “Vyeçista” Koxaļski üçün cəmi 500 min avro ödəyəcək. Halbuki bir neçə ay əvvəl “Qarabağ”ın qapıçıdan bir neçə milyon avro gəlir əldə etməyə ümid etdiyi qeyd olunur.



No Comment! Be the first one.