Estoniyada danışılmış oyun: Matç yarımçıq dayandırıldı - VİDEO
Estoniya çempionatında son illərin ən böyük danışılmış oyun skandallarından biri yaşanıb.
Sportify.az xəbər verir ki, ölkənin ikinci güclü divizionu olan Esiliigada keçirilən “Tallin” – “Maardu” matçı mərc manipulyasiyası şübhəsi ilə baş hakim Yaqnar Yakobson tərəfindən 78-ci dəqiqədə yarımçıq dayandırılıb.
7 dəqiqədə hər şey dəyişdi: Meydanda nələr baş verdi?
Görüşün gedişatı həm azarkeşlərdə, həm də matçın rəsmilərində ciddi şübhələr doğurub. Qonaq komanda “Maardu” oyunda 2:1 hesabı ilə irəlidə olduğu halda, ikinci hissədə meydanda qəribə hadisələr yaşanıb. Cəmi 7 dəqiqə ərzində “Maardu” qapısında ard-arda 3 qol görüb və rəqibinə penalti qazandırıb.
Hesab 4:2 “Tallin”in xeyrinə olarkən, beynəlxalq mərc bazarlarındakı şübhəli əmsal dəyişiklikləri və futbolçuların meydandakı qeyri-təbii çıxışı səbəbindən qarşılaşma dərhal dayandırılıb.

Oyunda fasilə verilib və referi kiminləsə söhbət etdikdən sonra komandaların kapitanlarını yanına çağırıb və qısa söhbətin ardından hər iki komandaya oyunun sona qədər davam etdirilməyəcəyinə dair işarə verib. Buna səbəb mərc oyunlarında fırıldaqçılıq şübhəsi olub.
Estoniya Futbol Assosiasiyası (EJL) matçın nəticəsinin ləğv edildiyini bəyan edib.
Oyundan əvvəlki gizli əməliyyat
Hadisənin pərdəarxası məqamları isə daha böyük şok yaradıb. Məlum olub ki, EJL-in İntizam Komitəsi hələ oyun başlamazdan bir neçə saat əvvəl daxil olan siqnallar əsasında hərəkətə keçibmiş. Qurum “Maardu”nun baş məşqçisi Denis Kovtun və komandanın iki futbolçusu – Artyom Volkov və Vladislav Çurilkini dərhal futboldan uzaqlaşdırıb. Lakin bu qabaqlayıcı tədbir də oyunun manipulyasiya olunmasının qarşısını ala bilməyib.
Rəsmi reaksiya: “200 faiz fırıldaqçılıq var”
Matçın müfəttişi yerli mətbuata verdiyi açıqlamada oyunda 200% mərc fırıldaqçılığı qeydə alındığını və bunun futbol tarixinə qara ləkə olduğunu bildirib. Estoniya Futbol Assosiasiyası faktla bağlı genişmiqyaslı araşdırmaya başlayıb.”Maardu” klubunu turnirdən kənarlaşdırılma, baş məşqçi və oyunçuları isə ömürlük futboldan uzaqlaşdırılma cəzası gözləyir. Araşdırmalara ölkənin hüquq-mühafizə orqanlarının da cəlb olunacağı bildirilir.
Wczorajszy mecz w drugiej lidze 🇪🇪estońskiej został przerwany w 78. minucie i niedokończony z powodu podejrzeń oszustw bukmacherskich.🧐
Chodzi o spotkanie FC Tallinn – Maardu Linnameeskond. W momencie przerwania meczu, gospodarze prowadzili 4-2, przegrywając wcześniej 1-2. pic.twitter.com/X1MvKuIZrS
— Adam Zmudziński (@Adam_Zmudzinski) September 11, 2026



No Comment! Be the first one.