Emrelinin komandasından ilk qələbə - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” klubu Polşa Ekstraklasasında ilk qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, Çenstoxova təmsilçisi VIII tur matçında evdə “Motor”u məğlubiyyətə uğradıb – 2:1. Qalib komandanın hər iki qolunu Patrik Makux vurub.
Emreli start heyətdə yer alıb və 87-ci dəqiqədə əvəzlənib. İlk qolun vurulmasında yaxından iştirak edən 29 yaşlı forvardın özü də bir neçə dəfə fərqlənməyə yaxın olub. Onun zərbələrini rəqib qapıçı Qasper Tratnik dəf edib.
Beləliklə, “Rakuv” ilk qələbəsini komandaya sentyabrın 8-də baş məşqçi təyin olunmuş Tomaş Kaçmarekin rəhbərliyi altında əldə edib. Bununla belə, komanda 3 xalla yenə sonuncu – 18-ci pillədə qərarlaşıb.



No Comment! Be the first one.