Derbini “Mançester Siti” qazandı
İngiltərə Premyer Liqasında 4-cü turun oyunları davam edir.
Sportify.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Mançester Yunayted” doğma meydanda “Mançester Siti”ni qəbul edib.
Görüş “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 60-cı dəqiqədə Erlinq Holann vurub.
Bu nəticədən sonra “Mançester Siti” 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 4 xalla 13-cü yerdədir.



No Comment! Be the first one.