Vinisiusun yaxın çevrəsində faciə
İspaniya “Real Madrid”inin futbolçusu Vinisiusun sevgilisi Virciniya Fonsekanın şəxsi mühafizəçisi həyat yoldaşı ilə birlikdə yol qəzasında həlak olub.
Sportify.az xəbər verir ki, hadisə Braziliyada baş verib.
Mühafizəçi Rocerio Kamilo Ramos motosiklet idarə edərkən qəza törədib. Onun həyat yoldaşı Paula Rejina Rodarte Kamilo da hadisə zamanı həyatını itirib.
Virciniya Fonseka sosial şəbəkə hesabında paylaşım edərək faciə ilə bağlı kədərini ifadə edib və mərhum mühafizəçiyə göstərdiyi qayğı və qoruma üçün təşəkkür edib.
Qeyd edək ki, Vini Junior bu mövsüm “Real Madrid”in heyətində 6 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


No Comment! Be the first one.