Amerikalı oyunçu “Sabah”da
“Sabah” Basketbol Klubu amerikalı basketbolçu Tajuan Agee ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Klubdan Sportify.az-a bildirilib ki, 28 yaşlı hücumçu. 2025/2026 mövsümünü Fransanın “JL Bour” klubunda keçirib və komandanın heyətində Avropa Kuboku çempionluğu qazanıb.
Peşəkar karyerasına 2020-ci ildə Avropada Bolqarıstanın “Balkan” klubunda başlayan Agee daha sonra İsrailin “Maccabi Aşdod” və Almaniyanın “RASTA Vechta” komandalarında çıxış edib. Basketbolçu “RASTA Vechta”nın heyətində Almaniya çempionatının əsas liqasına yüksələn komandanın üzvü olub. O, 2021/2022 mövsümündə Yeni Zelandiyanın “Hawke’s Bay Hawks” klubunun da formasını geyinib.
2023-cü ildə Fransaya köçən Agee “BCM Gravelines-Dunkerque” klubuna transfer olunub. İki mövsüm bu komandada çıxış etdikdən sonra 2025-ci ilin noyabrında “JL Bour”a keçib.



No Comment! Be the first one.