Millimiz Avropa çempionatında çıxış etdi
Azərbaycanın çimərlik voleybolçuları İspaniyanın paytaxtı Madriddə keçirilən U-22 Avropa çempionatında iştirak ediblər.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportify.az-a bildirilib ki, qitə birinciliyində ölkəni İbrahim Məmmədov – Məhəmməd Aslanlı və Səbinə Əlizadə – Leyla Əliyeva cütlükləri təmsil ediblər.
İbrahim Məmmədov – Məhəmməd Aslanlı dueti təsnifat mərhələsində İtaliya (0:2) və İsrail (1:2) cütlüklərinə məğlub olub.
Əsas mərhələdə mübarizə aparan Səbinə Əlizadə – Leyla Əliyeva tandemi isə İtaliya (0:2), Çexiya (0:2) və Danimarka (0:2) cütlüklərinə uduzub.
Sentyabrın 9-dan 13-dək keçirilən Avropa çempionatında oğlanların yarışında 26 ölkədən 32, qızların mübarizəsində isə 22 ölkədən 28 cüt iştirak edib.
Qeyd edək ki, Azərbaycan çimərlik voleybolçuları sentyabrın 17-dən 20-dək Türkiyənin İzmir şəhərində təşkil olunacaq U-18 Avropa çempionatında da mübarizə aparacaqlar.



No Comment! Be the first one.