Dambrauskas: Bəzi şeyləri bəyənmədim
“Mançester Yunayted”lə oyundan sonra gəlib burada oynamaq asan deyil.
Sportify.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının V turunda “Şəfa”ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Bəzi şeyləri bəyənmədim. Məsələn, birinci hissədə etdiyimiz səhvləri İngiltərə də etmişdik. Bu gün rotasiyalara getdik. Matça yaxşı başladıq. Amma birinci hisədə iki qol vurduqdan sonra fürsətlərimiz oldu. “Şəfa”nın haqqını yemək olmaz. Onların da xüsusi oyun planı var idi. Ümumu götürsək, oyunda razı qaldım. İndi bunu unudum, “İmişli” ilə oyuna hazırlaşmalıyıq”. – deyə mütəxəssis bildirib.
O, komandasının Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməklə tarixi uğur qazandığını qeyd edib: “Bir futbol komandasını tənqid etmək asandır. Biz öz işimizi mükəmməl görməyə çalışırıq. İndi gözəl ölkədə yaşayırıq. Tənqidin edilməsi normaldır. Ağır səfərdən gəlib burada qalib gəldik. Amma yenə də biz bunları unuduruq və gələcək matçlara hazırlaşırıq”.
Baş məşqçi Rəhman Daşdəmirovun “Mançester Yunayted”lə oyundan sonra tənqid olunmasına münasibət bildirib: “Bunu normal qarşılamıram. Əvvəl deyilirdi ki, niyə yerli oyunçular bu cür turnirdə oynamır. Mənə görə, Rəhman Azərbaycanda top 3-də olan ən yaxşı futbolçulardan biridir. Biz ölkəni Çempionlar Liqasında təmsil edirik. Niyə görə oyunçularım tənqid olunmalıdır? Bu tənqidləri hörmətsizlik kimi qəbul edirəm”.



No Comment! Be the first one.