II Liqa: “Qaradağ Lökbatan”dan qol şousu
Azərbaycan futbolunun II Liqasında III tura yekun vurulub.
Sportify.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qarşılaşma keçirilib.
Günün ən məhsuldar görüşü Şəkidə baş tutub. “Şəki” doğma meydanda “Qaradağ Lökbatan”a 1:8 hesabı ilə uduzub. Qonaqların heyətində S.Allahquliyev üç, T.Əmircanov, R.Orucov, Ə.Hacılı, K.Mahmudov və Ə.Əlizadə bir dəfə fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu T.Məmmədzadə vurub.
Digər görüşlərdə “Difai” “Ağdaş”a 0:1, “Şirvan” isə “Haypers”ə 1:0 hesabı ilə məğlub olub. “Difai” – “Ağdaş” matçında yeganə qolu Ü.Mahmudov, “Şirvan” – “Haypers” qarşılaşmasında isə A.Yunanov vurub.
“Şəmkir” – “Kür-Araz” oyunu isə 3:3 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin qollarını E.Abdullayev, İ.İsayev və P.Məhərrəmli, qonaqların toplarını isə B.Əliyev və Ü.Quliyev (2) vurublar.
Qeyd edək ki, III turun ilk oyun günündə “Ağstafa Gəncləri” “Dinamo”nu 3:1 hesabı ilə məğlub edib. “Zəngəzur” isə “Marafon” 2:4 hesabı ilə uduzub.
14 sentyabr (bazar ertəsi)
15:30. “Şəki” – “Qaradağ Lökbatan” – 1:8
Qollar: T.Məmmədzadə, 18 // S.Allahquliyev, 16, 34, 89, T.Əmircanov, 20, R.Orucov, 28, Ə.Hacılı, 59, K.Mahmudov, 64, Ə.Əlizadə, 72
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev
Zaqatala OİK stadionu
16:00. “Difai” – “Ağdaş” – 0:1
Qol: Ü.Mahmudov, 64
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Rizvan Süleymanov, Ləman Əmirli
Palms Sports Futbol Mərkəzi (IV meydança)
16:00. “Şirvan” – “Haypers” – 1:0
Qol: A.Yunanov, 79
Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Cavid Ömərov, Rasim Musayev
Şirvan OİK stadionu, 16:00
16:00. “Şəmkir” – “Kür-Araz” – 3:3
Qollar: E.Abdullayev, 8, İ.İsayev, 37, P.Məhərrəmli, 54 // B.Əliyev, 4, Ü.Quliyev, 14-pen; 59
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Tural Bayramov, Elçin Abdullayev
Şamaxı OİK stadionu
13 sentyabr (bazar)
“Ağstafa Gəncləri” – “Dinamo” – 3:1
“Zəngəzur” – “Marafon” – 2:4



No Comment! Be the first one.