Rəhman Daşdəmirov: Gələn oyunlarda səhv etməyəcəyəm - MÜSAHİBƏ
Misli Premyer Liqasının V turunun sonuncu matçında “Sabah” səfərdə “Şəfa”nı 3:0 hesabı ilə məğlub edib.
Matçdan sonra “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov Sportify.az-a müsahibə verib:
– Matçla bağlı fikirləriniz necədir?
– Yaxşı oynadıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı. Şanslardan, fürsətlərdən istifadə etdik və qələbə qazandıq. Komanda yoldaşlarımı və azarkeşləri təbrik edirəm.
– Çempionlar Liqasının oyunundan sonra yenidən Premyer Liqaya motivasiya tapmaq üçün nə edirsiniz?
– Həmişə oynadığımız kimi oynayırıq. Fərqli bir şey yoxdur. Hər rəqibə qarşı ciddi hazırlaşırıq. Fərqi yoxdur, “Mançester Yunayted”dir, “Şəfa”dır, ya da başqa komandadır. Hər komandaya qarşı eyni ciddiyyətlə hazırlaşırıq.
– “Mançester Yunayted”lə oyundan sonra sizə qarşı çoxlu tənqidlər oldu. Tənqidlərə münasibətiniz necədir?
– Düzü, çoxunu görmədim. Amma əgər varsa, bu normaldır. Səhvlərdən qaçmağa çalışıram, səhvlərimin üzərində işləyirəm. Gələcək oyunlarda səhv etməməyə çalışacağam.


No Comment! Be the first one.