Dünya çempionatında medallar qazanmış gimnastlarımız Vətəndə - FOTOLAR
İspaniyanın Pamplona şəhərindəki aerobika gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, gimnastlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, yaxınları və media nümayəndələri tərəfindən qarşılanıblar.
Qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində 19.600 xal toplayaraq dünya çempionatının gümüş medalını qazanıblar. Onlar 19.700 xal nəticə göstərən Dünya Gimnastikasının bayrağı altında çıxış edən cütlükdən cəmi 0,1 xal geri qalaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. İtaliya təmsilçiləri isə 19.600 xal nəticə ilə bürünc medal əldə ediblər.
Avropa çempionlarından ibarət Mədinə Mustafayeva – Vladimir Dolmatov dueti təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışından sonra ikinci pillədə qərarlaşan gimnastlar dünya çempionatında qarışıq cütlük proqramında ikinci gümüş medallarını qazanıblar. Cütlüyün ilk gümüş medalı 2024-cü il dünya çempionatında əldə olunub.







No Comment! Be the first one.