Mourinyo bir həftədə 6 mətbuat konfransından bezdi
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Elçe” ilə İspaniya La Liqasının VI tur matçından əvvəl jurnalistlərlə ünsiyyətin çoxluğundan gileylənib.
Sportify.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bir həftə ərzində 6 mətbuat konfransına qatıldığını bildirib.
O, artıq yorulduğunu etiraf edib: “Bir həftədə 6 mətbuat konfransı. Hamınızdan yorulmuşam, siz də məndən yorulmusunuz. Amma buradayıq, çünki bu bizim işimizdir. Artıq mənə verəcək sualınız da qalmayıb. Desəniz ki, gələn həftə 6 mətbuat konfransından birini buraxmaq olar, özümlə qəlyanaltı da gətirərəm”.
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Elçe” – “Real Madrid” oyunu Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.



No Comment! Be the first one.