İspaniya baş məşqçisi ilə yola davam edir
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ilə müqavilə uzadılacaq.
Sportify.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, 65 yaşlı mütəxəssislə yeni müqavilə 2032-ci ilin iyulunadək nəzərdə tutulub.
De la Fuente 2023-cü ildən İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında yığma UEFA Millətlər Liqasını, Avropa çempionatını və dünya çempionatını qazanıb.
Qeyd edək ki, mütəxəssisin hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.


No Comment! Be the first one.