Yuri Vernidub: Təxirəsalma müraciətlərinə loyal yanaşırıq
“Mən bu barədə düşünmürəm. Biz özlərinə gəlmələri üçün futbolçulara 5 günlük istirahət verməyi düşünürük. Həm də bəzi futbolçularımız öz ölkələrinin millilərinin heyətində də oynamalıdırlar”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasındakı fasilənin komandasına mənfi təsir edəcəyinə dair iddialara münasibət bildirərkən deyib.
Ukraynalı mütəxəssis sentyabrın 24-də klubun təlim-məşq toplanışında yenidən bir araya gələcəklərini və “Sabah”a qarşı 9 oktyabr matçına hazırlaşacaqlarını diqqətə çatdırıb: “Nəzərə alsaq ki, “Sabah” ötən mövsümün çempionudur və hazırda çox yaxşı formadadır, görüşə ciddi hazırlaşacağıq. Oktyabrın 2-də “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcəyik. Daha sonra “Sabah”la oyuna hazırlığın həftəlik tsiklinə qayıdacağıq. Bizi təkcə “Sabah”la oyun gözləmir. Daha sonra “Qarabağ” və “Turan Tovuz”la oyunlarımız var. Üç ağır oyunumuz olacaq”.
Vernidub “Sabah”la matçın təxirə salınma ehtimalına isə belə reaksiya verib: “Mən bu barədə düşünməmişəm. Onların belə bir istəkləri olacaqsa, müraciət edəcəklər. Biz belə məsələlərə kifayət qədər loyal yanaşırıq. Keçən dəfə də belə oldu: “Qarabağ” müraciət etdi və oyunu təxirə saldıq. İstəyirik ki, Azərbaycan komandaları müxtəlif turnirlərdə iştirak edərək, ölkənin reytinq xalını qaldırsınlar. Bu məsələdə də dəstək olmağa hazırıq. O da problem deyil. Növbəti oyunlara hazırlığa daha çox vaxt sərf edəcəyik”.
İlk hissədə komandanın oyununun o qədər də yaxşı alınmamasında Qəbələdəki təbii şəraitin mümkün təsiri və Emin Mahmudovu əvəzləməsinin fiziki durumu ilə bağlı olub-olmaması ilə bağlı suallara gəlincə, təcrübəli baş məşqçi bunları deyib: “Emini əvəzləməyim onun fiziki forması ilə heç bir halda bağlı deyil. Amma burada oynamağın çətin olduğu yüz faizdir. Bu havaya alışmaq üçün bir az vaxt lazım olur. Ötən mövsüm də belə idi. Ona görə də futbolçularımız birinci hissəni buna sərf etdilər, fasilədən sonra isə fərqli oyun sərgilədilər. Hər şey yaxşıdır, ən əsası, qalib gəldik”.



No Comment! Be the first one.