Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında III turun oyunları başa çatıb.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda İsveçrə ilə qarşılaşıb. Yığmamız rəqibini 3:1 hesabı ilə məğlub edib.
Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı partiyalarından qələbə ilə ayrılıb. Rauf Məmmədov və Məhəmməd Muradlı isə heç-heçə edib.
Qadınlardan ibarət Azərbaycan millisi də III turda qələbə qazanıb. Komandamız İsveç seçməsini 2,5:1,5 hesabı ilə məğlub edib. Gülnar Məmmədova qələbə qazanıb, Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə və Gövhər Beydullayeva isə heç-heçə edib.
Bundan əvvəl Azərbaycanın kişi millisi Mərakeşi 4:0, Filippini isə 3:1 hesabı ilə məğlub edib. Qadınlardan ibarət komandamız isə Qvatemala və Danimarka üzərində 4:0 hesablı qələbələr qazanıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Yarışda 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.


No Comment! Be the first one.