Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçiriblər.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət yığma VIII turda Hindistan seçməsi ilə qarşılaşıblar.
Görüş heç-heçə ilə yekunlaşıb – 2:2.
Qadınlardan ibarət milli isə Argentina komandası ilə bərabərə qalıb – 2:2.
Səkkiz turdan sonra Azərbaycan kişilərdən ibarət komanda 13 xalla 5-ci, qadınlardan ibarət kollektiv isə 11 xalla 14-cü pillədə qərarlaşıb.
Komandaların dəqiq mövqeləri digər qarşılaşmaların nəticələrindən sonra bəlli olacaq.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Yarış sentyabrın 27-də başa çatacaq.



No Comment! Be the first one.