“Kəpəz” U-14 Azərbaycanın U-17 qızlar yığması ilə qarşılaşdı
Bu gün “Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoxlama matçı keçirib.
Sportify.az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşən görüşdə tərəflər hərəsi 40 dəqiqədən ibarət 2 hissədə mübarizə aparıblar.
Oyun “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hesabı Rizvan Səmədli açıb. Fasilədən sonra “sarı-göylər”in heyətində Həsən Həsənli və Əziz Quliyev fərqlənib.
Onu da qeyd edək ki, yoxlama matçı U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində təşkil olunan hazırlıq prosesi çərçivəsində keçirilib.
Xanım futbolçular sabah Gəncədəki təlim-məşq toplanışını başa vurub Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Albaniyaya yollanacaqlar.



No Comment! Be the first one.