Kvaratsxeliya “Qızıl top” üçün səsini Dembeleyə verəcək
Fransa klubu PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya “Qızıl top” (Ballon d’Or) mükafatı uğrunda mübarizədə səsini komanda yoldaşı Usman Dembeleyə verəcəyini bildirib.
Sportify.az xəbər verir ki, gürcü futbolçu bu barədə “Liqa 1”in mətbuat xidmətinə açıqlamasında deyib:
“Mən səsimi Usmana verərdim. Onun oyun üslubu göz oxşayır və komandaya verdiyi töhfə göz qabağındadır. O, komandanın lideridir. Dembele inanılmazdır və biz onun komandamızda olmasından çox məmnunuq”.
Qeyd edək ki, “Qızıl top”a namizədlər siyahısında Kvaratsxeliya və Dembele də daxil olmaqla, PSJ-nin 10 futbolçusu yer alıb.


No Comment! Be the first one.