Abubakar ilk qolunu vurdu - VİDEO
“Neftçi”nin sabiq futbolçusu Vensan Abubakar Türkiyənin “Bodrumspor” komandasının heyətindəki üçüncü matçında qol vurub.
Sportify.az xəbər verir ki, kamerunlu hücumçu I Liqada VII turun “Batman Petrolspor”la ev oyununun 32-ci dəqiqəsində hesabı açıb.
Qarşılaşma “Bodrumspor”un böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
Abubakar 88-ci dəqiyədək meydanda olub. O, yeni klubunda ilk qoluna imza atıb.
“Bodrumspor” ilk qələbəsini qazanaraq, 7 xalla 14-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Vensan Abubakar 2025-ci il oktyabrın 21-dən 2026-cı ilin iyununadək “Neftçi”də çıxış edib. O, 18 oyunda 9 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
👀 Vincent Aboubakar, Bodrum FK formasıyla ilk golünü atıyor!
🟢⚪ Bodrum FK 4-0 Batman Petrolspor 🔴⚪#beINSPORTS #TrendyolBirinciLig pic.twitter.com/TZvO6yzr8M
— beIN SPORTS Türkiye (@beINSPORTS_TR) September 12, 2026



No Comment! Be the first one.