Abubakarın yeni klubu açıqlandı - RƏSMİ
“Neftçi”dən ayrılan futbolçu Vensan Abubakar karyerasını Türkiyədə davam etdirəcək.
Sportify.az xəbər verir ki, I Liqa təmsilçisi “Bodrum” 34 yaşlı hücumçu ilə anlaşdıqlarını rəsmi saytı vasitəsilə açıqlayıb.
Kamerunlu forvardla 1+1 illik müqavilə imzalanacaq.

34 yaşlı oyunçu daha əvvəl Türkiyədə “Beşiktaş” və “Hatayspor”un da formasını geyinib. Eyni zamanda Abubakar Portuqaliyanın “Porto”, Səudiyyə Ərəbistanının “Əl Nəsr”, Fransanın “Loryan” və “Valensyen”, eləcə də Kamerunun “Koton Sport” klublarında çıxış edib.
Xatırladaq ki, Vensan Abubakar 2025-ci il oktyabrın 21-dən 2026-cı ilin iyununadək “Neftçi”də çıxış edib. O, 18 oyunda 9 qol və 1 məhsuldar ötürmə müəllifi olub.



No Comment! Be the first one.