AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni təyinatlar olub.
Qurumdan Sportify.az-a verilən məlumata görə, struktur dəyişiklikləri çərçivəsində şöbənin rəhbərliyinə və mətbuat xidmətinə yeni kadrlar cəlb edilib.
Təyinatlara əsasən, Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini Murad Axundov icra edəcək. AFFA-nın yeni mətbuat katibi vəzifəsinə Aida Əliyeva, aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsinə isə Kənan Səfərəliyev təyin olunub.



No Comment! Be the first one.