Almaniya Kuboku: "Borussiya" sonlarda sevindi
Almaniya Kubokunun 2026/27 mövsümünün 1/16 final mərhələsində Dortmund “Borussiya”sı ilə Bremen “Verder”i üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, “Siqnal İduna Park”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 6-cı dəqiqəsində Seru Girassi hesabı açıb. Hücumçu Yulian Ryersonun ötürməsini dəqiq tamamlayıb. 17-ci dəqiqədə Karni Çukvuemeka Cob Bellinqemin məhsuldar ötürməsindən sonra fərqi iki topa çatdırıb.
İkinci hissənin ortalarında “Verder” möhtəşəm geri dönüş edib. Bremen klubunun hücumçusu Niklas Füllkruq 65-ci dəqiqədə hesabı 1:2-yə çatdırıb, 68-ci dəqiqədə isə Yuri Reqerin ötürməsindən sonra dublunu rəsmiləşdirərək hesabı bərabərləşdirib — 2:2.
Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə “Borussiya”nın avstriyalı yarımmüdafiəçisi Marsel Zabitzer komandasına qələbə qazandıran qolu vurub.
Beləliklə, “Borussiya Dortmund” Almaniya Kubokunun 1/8 finalına yüksəlib, “Verder” isə turnirlə vidalaşıb.



No Comment! Be the first one.