Qazaxıstan çempionatında şok hadisə
Qazaxıstan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Altay” – “Qızıljar” matçı ətrafında yaranan vəziyyət hələ də aydın deyil.
Sportify.az xəbər verir ki, məsələyə səbəb “Qızıljar”ın yarımmüdafiəçisi Aleksandr Noyokun eyni turun iki oyununda iştirak etdiyi iddiasıdır. Bildirilir ki, futbolçu may ayında “Atırau”nun heyətində “Aktobe”yə qarşı, daha sonra isə “Qızıljar”ın formasında meydana çıxıb.
Qazaxıstan PFL-nin rəsmi məlumatında “Atırau” – “Aktobe” görüşü 10-cu turun oyunu kimi göstərilir. Lakin həmin qarşılaşmanın əslində 21-ci tur çərçivəsində vaxtından əvvəl keçirildiyi bildirilir. Bu isə Aleksandr Noyokun eyni turun iki matçında iştirak edib-etməməsi ilə bağlı suallar yaradır.



No Comment! Be the first one.