Sentyabrın 4-də “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışı çərçivəsində “IRONKIDS” və “Fun Run” qaçış yarışları keçirilib.
Sportify.az xəbər verir ki,
tədbirlərdə müxtəlif yaşda uşaqlar, həvəskar atletlər və onların ailə üzvləri iştirak ediblər.
“IRONKIDS” yarışında 5-8, 9-13 və 14-17 yaş qrupları üzrə iştirakçılar 500 metr, 1 və 2 kilometr məsafələrdə mübarizə aparıblar.
“Fun Run” yarışında isə iştirakçılar 5 kilometr məsafə qət ediblər. Yarışın məqsədi insanları idmana həvəsləndirmək və sağlam həyat tərzini təbliğ etmək olub.
Kişilər arasında Marius Holgersen birinci, Cavid Cəfərov ikinci, Pavel Kiniçev üçüncü olub.
Qadınların mübarizəsində isə Tatyana Zaxarçenkova qalib gəlib. Qreysi-Rouz Volters ikinci, Yaroslava Volkova üçüncü yeri tutub.
Sonda qaliblər və mükafatçılar təltif olunublar.
Qeyd edək ki, “Alufar IRONMAN 70.3 Baku” sentyabrın 5-də keçiriləcək. Yarışda 62 ölkədən 1500 iştirakçı, o cümlədən 123 Azərbaycan təmsilçisi iştirak edəcək.
İştirakçılar 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini keçəcəklər.


No Comment! Be the first one.