Ferstappen ilk dəfə qalib oldu
Formula 1 üzrə Sinqapur Qran Prisinin qalibi “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen olub.
Sportify.az xəbər verir ki, mövsümün 17-ci mərhələsinin əsas yarışı Sinqapur şəhər trasında keçirilib.
Dördqat dünya çempionu 62 dövrəni 1 saat 42 dəqiqə 0,785 saniyəyə başa vuraraq karyerasında ilk dəfə Sinqapur Qran Prisində qələbə qazanıb.
“Ferrari”nin monakolu pilotu Şarl Lekler finişə qalibdən 7,335 saniyə geri qalaraq ikinci çatıb. Hazırda çempionatın lideri olan “Mercedes”in italiyalı sürücüsü Andrea Kimi Antonelli isə ilk üçlüyü tamamlayıb. O, Ferstappendən 24,573 saniyə geri qalıb.
“McLaren” pilotları Lando Norris və Oskar Piastri müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar. “Ferrari”nin britaniyalı sürücüsü Lüis Hemilton isə altıncı olub.
Qeyd edək ki, bu yarış Maks Ferstappen üçün karyerasında 250-ci Qran Pri olub. Niderlandlı pilot yubiley yarışını qələbə ilə başa vurub.



No Comment! Be the first one.